20 
Okt
2018
10:41
16
220
2822
Virtual karabakh

Türkiyədə motosiklet qəzası: azərbaycanlı yaralandı - VİDEO

20 Okt, 2018
10:41
2822

Türkiyədə motosiklet qəzası: azərbaycanlı yaralandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə - Uşakda yol qovşağından dönən avtomobillə motosiklet toqquşub.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində motosikletin 23 yaşlı sürücüsü H.H. və azərbaycanlı sevgilisi, 22 yaşlı B.K. yaralanıb.

Qəza dünən axşam saatlarında Uşak-İzmir avtomagistralında meydana gəlib. Yol qovşağında avtomobilin sürücüsü, 52 yaşlı E.Y. maşınını universitet tələbələrinin olduğu motosikletə çırpıb.

Motosiklet sürücüsü və sevgilisi olan azərbaycanlı qız yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri