22 
Okt
2018
09:11
67
247
7416
Virtual karabakh

Azərbaycanda “Bərəkət ilahəsi” tapılıb - VİDEO

22 Okt, 2018
09:11
7416

Azərbaycanda “Bərəkət ilahəsi” tapılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayonunda eramızdan əvvəl II əsr - bizim eranın II əsrlərini əhatə edən qədim əşyalar tapılıb.

Oxu.Az Report-a istinadən bildirir ki, rayonun Səmədabad kəndi ərazisindəki Küp qəbir nekropolunda aparılan qazıntı işləri zamanı bardaq, vaza tipli gil qablar, tunc qolbaq və şüşə muncuq aşkar edilib.

Boru kəmərinin çəkilişi zamanı üzə çıxan tapıntılar Yevlax Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib. Əşyalar arasında maraqlı görünüşə malik, gildən hazırlanmış “Bərəkət ilahəsi”nin həmin dövrün insanları üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir.

Bu əşya qədim insanların inanc vasitəsi olub. Gildən hazırlanmış “Bərəkət ilahəsi”nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri