22 
Okt
2018
10:33
136
17
5381
Virtual karabakh

Azərbaycanlı biznesmen cinayətkarları yaxalamağa kömək etdi

22 Okt, 2018
10:33
5381

Azərbaycanlı biznesmen cinayətkarları yaxalamağa kömək etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı biznesmen sayəsində Rusiyada şantajla məşğul olan cinayətkar qruplaşmanın beş üzvü yaxalanıb. 

Bununla bağlı Oxu.Az Rusiya KİV-ə istinadla məlumat yayıb. 

Cinayətkarlar Novokuznetskdə olan azərbaycanlı biznesmendən aylıq “haqq” tələb edib. O isə bunu ödəməkdən imtina edib. 

Bu zaman cinayətkarlar iş adamına kafedə görüş təyin ediblər. Görüş zamanı biznesmen döyülüb, silahla təhdid edilərək, 10 min rublu (152 ABŞ dolları - red.) alınıb. Bir müddət sonra onlar yenidən biznesmenlə görüşərək, 20 min rubl (304 dollar) alıblar. Bundan sonra azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Dəstənin bütün üzvləri saxlanılıb. Azərbaycanlı biznesmen təhdidlər səbəbindən hazırda xüsusi mühafizə altında saxlanılır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri