23 
Okt
2018
00:09
515
183
3581
Virtual karabakh

Leyla Əliyeva gənclər sərgisində - FOTO

23 Okt, 2018
00:09
3581

Leyla Əliyeva gənclər sərgisində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 22-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystall Hall”da “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, digər rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sərginin keçirilməsində məqsəd gənclərin ekoloji sahəyə marağını artırmaq, onları bu sahədə maarifləndirmək, eyni zamanda, yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və gənclər və idman naziri Azad Rəhimov sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sərgidə 14-29 yaşlı 200-dək gəncin dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üslubları üzrə ekoloji mövzuda çəkdikləri rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı, gənclərin ekoloji mövzuda hazırladıqları müxtəlif əsərlər də sərgilənib.

Tədbirdə ustad dərsləri keçirilib, gənclərin iştirakı ilə eko-tamaşa, səhnəciklər, viktorinalar, sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışları təşkil olunub, adı Azərbaycanın “Qırmızı kitabı”na düşən heyvanlar və nadir ağaclar nümayiş etdirilib.

Sonda sərginin qalibləri mükafatlandırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri