24 
Okt
2018
09:01
19
399
14988
Virtual karabakh

Dağıstanda azərbaycanlıların faciəvi ölümü - YENİLƏNİB

24 Okt, 2018
09:01
14988

Dağıstanda azərbaycanlıların faciəvi ölümü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dərbənddə inşaat ərazisində üç azərbaycanlının ölümünün səbəbləri məlum olub. 

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, işçilərin hündürlükdən yıxılaraq, öldüyü aydınlaşıb. 

Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsi təhlükəsizlik qaydalarının pozulduğunu və işçilərin sığortasız əmək fəaliyyəti ilə məşğul olduğunu açıqlayıb. 

23.10.2018/11:15

Dərbənddə hüquq-mühafizə orqanları tikintidə aşkar edilmiş üç şəxsin ölüm səbəbini araşdırırlar. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, ölənlər Azərbaycan vətəndaşlarıdır. 

Məlumatlara görə, hər üç şəxsin cəsədi Dərbənd şəhərində tikilən hündürmərtəbəli binanın yaxınlığında aşkar edilib. İlkin ehtimallara görə, onlar hündürlükdən yıxılaraq, ölüblər. 

Hazırda faktla bağlı araşdırmalar aparılır. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri