23 
Okt
2018
14:56
131
37
4958
Virtual karabakh

Bakıda Yapon Məhsulları Sərgisi keçiriləcək

23 Okt, 2018
14:56
4958

Bakıda Yapon Məhsulları Sərgisi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

25-26 oktyabr tarixlərində Bakıda Yapon Məhsulları Sərgisi (“Japan Food Expo-2018”) keçiriləcək.

“Connect Azerbaijan” Yaponiya-Azərbaycan birgə müəssisəsinin təşkilatçılığı ilə baş tutacaq iki günlük sərgidə Yaponiyadan gələn onlarla şirkət iştirak edəcək.

“Japan Food Expo-2018” sərgisində ziyarətçilər Yaponiya şirkətlərinin qida, kosmetika, sağlamlıq və digər sahələrdə təqdim edəcəyi məhsullarla tanış ola biləcəklər.

Sərgi zamanı ziyarətçilər Yaponiya mədəniyyəti və incəsənəti ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bakıda təşkil olunacaq iki günlük sərgi Yaponiya şirkətləri ilə işgüzar əlaqələr qurmaq istəyən Azərbaycan şirkətləri üçün böyük imkanlar təqdim edir. Sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün təşkilatçı şirkət tərəfindən geniş imkanlar yaradılıb.

“Connect Azerbaijan” şirkətindən bildirilir ki, Yaponiya məhsulları ilə tanış olmaq istəyənlər 25-26 oktyabr tarixlərində Nigar Rəfibəyli küçəsində yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksinə gələ bilərlər.

Ünvan: Nigar Rəfibəyli 12/14
Tel.: +994 12 555 5556
Mob.: +994 50 202 1901 
E-poçt: [email protected]

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri