25 
Okt
2018
11:27
26
236
5183
Virtual karabakh

Bakını toz-duman bürüdü

25 Okt, 2018
11:27
5183

Bakını toz-duman bürüdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Abşeron yarımadasında oktyabr 25-də səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Nazirliyin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə görə, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən, Yasamal və Xətai rayonlarında müşahidə edilir.

“Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən, havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib”, - deyə məlumatda qeyd edilib.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri