25 
Okt
2018
20:01
186
49
8213
Virtual karabakh

Xəstəyə saxta arayış verən həkim cəzalandırıldı

25 Okt, 2018
20:01
8213

Xəstəyə saxta arayış verən həkim cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov Rayon Məhkəməsində Psixi Sağlamlıq Mərkəzinin saxta sənəd düzəltməkdə təqsirləndirilən həkimi Hacıağa Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
Hökmə əsasən, H. Mahmudov barəsində 2 il müddətinə islah işləri cəzası təyin edilib. Onun maaşından 20 faiz dövlət nəfinə tutulacaq. 

İttihama görə, H. Mahmudov Psixi Sağlamlıq Mərkəzinin həkimi vəzifəsində çalışarkən, xəstələrə sağlamlıq haqqında saxta arayış verib. Ona qarşı Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Etibar MƏMMƏDOV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri