26 
Okt
2018
14:47
330
73
5709
Virtual karabakh

Dugin: Azərbaycanlılar rusca ruslardan yaxşı danışır

26 Okt, 2018
14:47
5709

Dugin: Azərbaycanlılar rusca ruslardan yaxşı danışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlılar rusca ruslardan da yaxşı danışır.

Oxu.Az xəbər verir ki, bu fikirləri rusiyalı filosof Aleksandr Dugin bu gün baş tutan kitab təqdimatında səsləndirib.

İdeoloqun fikrincə, azərbaycanlılar rusca səlis, ləhcəsiz və təmiz danışır:

“Heç rusların özü bu cür danışa bilmir. Azərbaycanlılar rus dilində sözləri çox düzgün tələffüz edir və yazırlar. Bütün bunlar böyük maraq doğurur. Bu isə özlüyündə Azərbaycanda rus dili və rus icmasının vəziyyətindən xəbər verir”.

Onun sözlərinə görə, Azərbaycan bu xüsusiyyətinə görə Cənubi Qafqaz regionundakı digər respublikalardan, hətta Şimali Qafqaz Respublikalarından da əsaslı şəkildə fərqlənir. 

“Rus dili və mədəniyyəti təkcə burada yaşayan rus diasporunda deyil, hər yerdə müşahidə olunur. Bu da öz növbəsində insanı heyrətləndirir. Onu da qeyd edim ki, Qafqazın ən böyük rus diasporu Bakıdadır. 

Görünür, türk və rus mədəniyyətinin qovuşması bir vaxtlar aramızda soyuqluq yaradan siyasi proseslərə baxmayaraq, dərin əlaqələrdə Azərbaycan – Rusiya münasibətlərində özünü büruzə verir”, - Dugin əlavə edib.

Filosof əlavə edib ki, son dövrlərdə dövlətlərimiz arasında mövcud olan siyasi, ictimai, mədəni, geosiyasi əlaqələrdə müşahidə olunan yaxınlaşma zəminini bu faktorlar yaradır və perspektivlərin olduğundan xəbər verir. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri