Noy
2018
16:13
458
54
11719
Virtual karabakh

Zakir Həsənov yeni hərbi hissənin açılışını etdi - FOTO/VİDEO

2 Noy, 2018
16:13
11719

Zakir Həsənov yeni hərbi hissənin açılışını etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) yeni hərbi hissəsinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətin məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana, sıra meydanı, tibb məntəqəsi, hamam-qazanxana, digər xidməti və inzibati otaqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə müsbət təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.

Sonra müdafiə naziri hərbi hissənin silahlanmasındakı zenit-raket komplekslərinə baxış keçirib və HHQ-nin Döyüşü İdarəetmə Mərkəzində olaraq komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri