Noy
2018
14:17
256
422
31120
Virtual karabakh

DTX Gəncədə əməliyyat keçirdi, iki nəfər məhv edildi

4 Noy, 2018
14:17
31120

DTX Gəncədə əməliyyat keçirdi, iki nəfər məhv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncə şəhərində əməliyyat həyata keçirib.

DTX-nin İctimai əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğluRzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla öz təsdiqini tapıb və DTX bu məqsədlə təxirəsalınmaz tədbirlər keçirib.

Məlumata görə, 2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı R.Rzayev və F.Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq F.Ələkbərov və R.Rzayev məhv edilib.

“Hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb", - deyə məlumatda qeyd olunur.

Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri