Noy
2018
14:00
192
57
11393
Virtual karabakh

Parfümeriya üzrə dünya brendi D&P Azərbaycanın istənilən yerində - FOTO

7 Noy, 2018
14:00
11393

Parfümeriya üzrə dünya brendi D&P Azərbaycanın istənilən yerində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsas fəaliyyət istiqamətinin parfümeriya olduğu D&P brendi “CE” sertifikatına (Avropa sertifikatı – red.) malikdir. Şirkətin 37 ölkədə çox sayda mağazaları fəaliyyət göstərir. 

Bu məqalədə siz bu brendin məhsullarının digərlərindən fərqini və dünyadakı milyonlarla istehlakçını nə ilə cəlb etdiyini öyrənəcəksiniz…

D&P necə dünya şöhrəti qazandı?

“Parfüm” sözü latın dilindəki “par fumum” sözündən götürülüb, “tüstü vasitəsilə” anlamını verir. Ətir qoxunun uzun müddət saxlanılmasına xidmət edən fiksatorlarla gül, meyvə, bitki, ədviyyatlardan alınmış təbii efir yağlarının su və spirtə qarışdırılmasından əldə edilmiş xoş aromatik mayedir.

Parfümlər də aromatik uçucu yağların qarışdırılması və saxlanılması üçün istifadə edilən həlledici aromatik yağların xüsusiyyətlərindən asılı olaraq, böyük və kiçik həcmdə su ilə qarışdırılmış etil spirtidir. Bu, həlledici uçuculuğu sayəsində yağa təsir etmədən qoxunu qovmağa kömək edir. Ətriyyatın tərkibindəki uçucu yağın emal sürəti parfümün notundan asılıdır.

Məlumdur ki, əsas aromat parfümün sizin bədəninizlə təmasından sonra meydana çıxır. D&P illər ərzində hər kəsə yaraşan ideal ətir konsistensiyasını yarada bilib.

 

D&P Perfumum” 1999-cu ildə Ankarada yaradılıb. Bu, yüksək keyfiyyətli parfümeriya satan multibrendlər markasıdır. Şirkət tanınmış brendlərə analoq olan parfümlerin hazırlanması ilə məşğuldur. 

Qısa müddət ərzində dünyanın müxtəlif yerlərində çoxlu sayda mağaza açaraq, şəbəkəyə çevrilib. 

Azərbaycanda...

Bu gün şirkətin mağazaları, demək olar ki, Azərbaycanın bütün rayonlarında açılıb. Bakı və Bakıətrafı ərazilərdəki mağazalarda satılan aromatlar keyfiyyət zəmanətinə malikdirlər. 

D&P şirkətinə məxsus sevimli ətirlərinizin Azərbaycandakı vitrinlərdə görünməsi üçün peşəkar komanda böyük işlər görür. 

D&P şirkəti bu gün 450 adda məhsul təqdim edir. Ətirlər Türkiyədəki zavodda hazırlanır. Məhsulun qarışdırılma və saxlanma prosesləri dünya standartlarına uyğun, yüksək səviyyədə keçirilir və insanda allergiya riskini yoxa çıxarır. Hər bir məhsul ideal parfümün əldə edilməsi üçün üç ay soyuducuda saxlanılır. 

Praktiki olaraq hər birimiz bir dəfə də olsa, əlində aromat “hazırlayan” böyük şprislərlə silahlanmış şəxsləri görmüşük. Bu cür mağazalarda hazırlanmış ətirlər insan sağlamlığına böyük təhlükə törədir. Bu yalançı parfümlər sertifikatı olmayan mənşəyi naməlum yağlara təhlükəli kimyəvi qatqıların, boya maddələrinin və s. qarışdırılması nəticəsində hazırlanır. Bu, insanda allergiya, dəri xərçəngi, astma, bronxit və b. xəstəliklərə səbəb ola bilər.

D&P brendinin isə 20 ilə yaxın tarixi var. Bu, ekoloji cəhətdən təmiz və keyfiyyətli dünya brendidir. Digər təbii ətirlərdən yalnız qiymətinə və bağlamasına görə fərqlənir. 

Təsəvvür edin ki, dünya brendlərinin analoji ətirlərini Bakıdakı D&P mağazalarında 15 manata (30mq), 25 manata (50mq) və 35 manata (100mq) əldə etmək mümkündür. 

İndi isə düşünün ki, kimə inanmaq lazımdır? Hər cür zavodu, fabriki, laboratoriyası olan dünya şöhrətli şirkətdən və ya sağlamlığınızı riskə atmaqla həmin qiymətə qeyri-qanuni malları almaq? D&P – bu gün Azərbaycanda əlçatan olan dünya parfümeriya bazarının kralıdır. 

D&P Azərbaycan” – biz sizi və ətrafınızı ətirli edirik. 

Ətirin vurulma qaydaları 

Ətirin qalması onun istifadə formasından, daha dəqiq desək, haraya vurulmasından asılıdır. 

Parfümü haraya vurmaq lazımdır?

Misilsiz Koko Şaneldən ətiri hara vurmaqla bağlı soruşanda o cavab vermişdi: “Öpülmək istədiyiniz yerə...”

Əslində, ətiri bilək, qulaq dibinə, boyun nahiyəsinə vurmaq lazımdır. Bu, puls nöqtələri adlanan yerlərdir. Bu yerlərdə qan damarları dəriyə yaxındır və temperatur yüksək olur. Bütün bunlar ətirin yayılmasına və açılmasına kömək edir. 

Çimdikdən və ya duş qəbul etdikdən sonra parfümdən istifadə etmək lazımdır. Təmizlənmiş dəri ətiri süngər kimi özünə çəkir. Eyni zamanda, dərinin nəmləndirilməsi böyük əhəmiyyət daşıyır. Əgər sizin dəriniz yağlıdırsa, narahat olmağa əsas yoxdur, əgər quru və ya normaldırsa, parfümün uzun müddət qalması üçün dərinizin nəmləndirilməsi lazımdır.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri