Noy
2018
14:48
45
456
23295
Virtual karabakh

Sürücülük vəsiqəsinə görə rüsum artırıldı

6 Noy, 2018
14:48
23295

Sürücülük vəsiqəsinə görə rüsum artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu artıq qüvvəyə minib.

Bunu Oxu.Az-açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş 25 manat olub:

“Hazırda dövlət rüsumu 18 manat deyil, 25 manat məbləğindədir”.

Xatırladaq ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.

Qeyd edək ki, bu barədə ilk məlumatı Bakupost saytı yayıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri