Noy
2018
12:55
13
256
8522
Virtual karabakh

Qatarla toqquşmada yaralanan səhv əməliyyat edilib? - AÇIQLAMA

7 Noy, 2018
12:55
8522

Qatarla toqquşmada yaralanan səhv əməliyyat edilib? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç saylı Sabunçu Xəstəxanası oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun ayağının səhv əməliyyat edilməsi iddiasına cavab verib.

Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev Oxu.Az-a açıqlamasında bildirib ki, qəza zamanı xəstəxanaya gətirilən hər bir xəstə müayinə edilib və müalicələr aparılıb:

“1997-ci il təvəllüdlü Novruz Salmanov oktyabrın 1-də, saat 15:20-də xəstəxanaya gətirilib. Qapalı-kəllə beyin, döş qəfəsinin və qarının travması, bədənin müxtəlif nahiyələrində sümüklərin sınığı, dalağın partlaması, daxili qanaxma, qaraciyərin cırılması diaqnozu qoyulub. Xəstə cərrahi əməliyyata alınıb.

Qarın boşluğu tikilib, dalağı çıxarılıb. Beş gün reanimasiya şöbəsində saxlanılıb. Daha sonra ailəsi xəstəni öz istəyi ilə xəstəxanadan çıxarıb. Xəstənin ayağı bizim xəstəxanada əməliyyat edilməyib. Əməliyyatın hansı xəstəxanada aparılmasına dair məlumatımız yoxdur”.

Namiq Dəmirçiyev qeyd edib ki, xəstə xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub:

“Xəstəxanada Novruz Salmanovun sağlamlığı üçün bütün zəruri tədbirlər görülüb”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri