Noy
2018
12:46
42
202
29297
Virtual karabakh

Millət vəkili Qüdrət Şükürovun hamamından danışdı

7 Noy, 2018
12:46
29297

Millət vəkili Qüdrət Şükürovun hamamından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitələrinin büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır.

“Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”, - deyə o əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri