Noy
2018
15:24
159
41
7331
Virtual karabakh

Qubada banka məxsus avtomobil qaçırılıb - FOTO

7 Noy, 2018
15:24
7331

Qubada banka məxsus avtomobil qaçırılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunda banka məxsus avtomobil qaçırılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə (RPŞ) banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. 

B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb. 

İlhamə Əbülfət
​www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri