Noy
2018
16:08
119
49
3762
Virtual karabakh

Bakı metrosuna alınan vaqonların sayı açıqlandı

Metro vaqonları parkının plana uyğun surətlə yenilənməsi nəticəsində Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, Azərbaycan hökumətinin yardımı sayəsində Bakı Metropoliteni sıx əməkdaşlıq etdiyi  Fransanın “Alstom” və Rusiyanın “Metrovaqonmaş” şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək komforta malik 15 ədəd vaqon alınıb. 

Oxu.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, vaqon parkının artması saatda 30 cüt hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini artırmağa imkan verib:

“İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə “Metrovaqonmaş” şirkətindən 10 vaqon alınıb.

Sərnişinlərin rahatlığından və xidmət mədəniyyətinin yüksəldilməsindən ötrü bütün stansiyaların vestibüllərində interaktiv–sensorlu məlumat köşkləri qurulub. Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır.

Məlumatların daha da dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yeniləri ilə əvəz olunub”.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri