Noy
2018
17:50
45
66
2382
Virtual karabakh

“Yaradan uşaqlar”la yaradıcı inkişaf və təhsilə yeni yanaşma - FOTO/VİDEO

2018-ci il oktyabrın 27-də “Baku Crystal Hall”da YARADAN yaradıcılıq birliyinin “Yaradan Uşaqlar” və www.yaradanproject.az saytının təqdimatı keçiriləcək.

“Yaradan uşaqlar” xeyriyyə layihəsini yaratmaq ideyasını həyatın özündən götürmüşük - onun həqiqətləri və hər bir uşağın yaradıcılıq qabiliyyətinə olan inamından. 

Layihə rəhbəri Nigar Rzayeva layihə barədə belə danışır:

“Bu layihəyə başladığımızda bizi, həqiqətən, nə gözləyəcəyini heç kəs bilmirdi. İndi isə çətin bir taleyi və ağır yükü olan uşaqlar üzlərində xoşbəxt bir təbəssüm və sevgi ilə dolu bizim qucaqlarımıza qaçır və bilik yolunda daha da irəliyə getməyə hazır olduqlarını ifadə edirlər. Bu an başa düşürük ki, hər şeyi düzgün etmişik və layihəmiz daim yaşamalı və genişlənməlidir”. 

Bizim əsas fəaliyyətimiz məhdud fiziki imkanları olan, aztəminatlı ailələrdən, sığınacaqda və internatda yaşayan 12-16 yaş arasındakı uşaqların bacarıqlarının inkişafı və həyata keçirilməsi üçün şərait yaratmaq və onlara cəmiyyətə uyğunlaşmağa kömək etməkdir.   

Məqsədimiz uşaqların şüurunu genişləndirmələrinə kömək etmək, özlərinə və sevgiyə inamlarını artırmaq, onların yaradıcı gücünü və bacarıqlarını inkişaf və tətbiq etmək, birliyin əhəmiyyətini anlamaq, xoşbəxt olmağı öyrətməkdir.

Layihəyə 2018-ci il yanvar ayında start verilib, uşaqlarla ilk görüşümüz və dərslərin ilk günü martın 3-ü baş tutub. Uşaqlarla qrup və fərdi şəkildə keçirilən dərslər, onların rəhbərləri, yəni, YARADAN yaradıcı qrupunun üzvləri ilə həftədə bir neçə dəfə keçirilir.

Dərslər standart təhsil kurslarından və məktəb dərslərindən fərqlənir. Əsas prinsipimiz şüurumuzun çərçivələrini aşaraq, özümüzü tətbiq və inkişaf etmək yolunda irəliləməkdir.

İlin yekunu olaraq 2019-cu ilin mart ayında “Yaradan uşaqlar”ın birgə işlərindən ibarət tədbir keçiriləcək. Bu tədbirə rəsm əsərləri sərgisi, film, fotoqrafiya, kitab, oyun, musiqi və s. daxildir. Bütün iştirakçılar – həm böyüklər, həm uşaqlar bir mövzu üzrə (“İz”) öz işlərini təqdim edəcəklər. Layihənin şüarı: “Yaradım ki, izim qala”dır. 

Layihədə 12 uşaq və 15 böyük iştirak edir. Böyük iştirakçılar üç qrupa bölünür: yaradıcı (rəssam, musiqiçi, yazıçı, fotoqraf, rejissor, rəqqas, qida üzrə ustad), pedaqoji (müəllim-psixoloqlar) və təşkilati və ya inzibati.

Böyüklərdən ibarət qrupların tərkibi artıq formalaşdığına baxmayaraq bu layihəyə qatılmaq istəyənlər hələ də var. Bu halda, biz onların iştirakı ehtimalı, imkanları və iştirak forması üzərində birgə düşünərək razılaşıb, ən uyğun variant tapırıq. 

Layihədə iştirak edənlərin hamısı könüllülərdir. Bütün layihə iştirakçılarını mənəvi dəyərlərin üstünlüyü ideyası, xeyirxahlığa, gözəlliyə, həyata və insanlara olan sevgi birləşdirir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri