Noy
2018
10:56
18
414
13107
Virtual karabakh

Hövsanda maşın piyadanı vurdu, sürücü qaçdı - FOTO + YENİLƏNİB

9 Noy, 2018
10:56
13107

Hövsanda maşın piyadanı vurdu, sürücü qaçdı - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində avtomobilin vurduğu piyadanın vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Reanimasiya şöbəsindən verilən məlumata görə, xəstənin üzərində şəxsiyyətini təsdiqləyən sənəd olmayıb:

“Dünən gecə saatlarında gətilib. Üzərində sənəd olmayıb. Xəstəxanaya gətiriləndə ayaqlarında və baldır nahiyəsində çoxsaylı sınıqlar olub. Həkimlərin müayinəsi nəticəsində xəstəyə kəllə-beyin travması və baş beyin əziyi diaqnozu qoyulub. Hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır”.

8 noyabr, 23:54

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində avtomobil piyadanı vurub. 

Oxu.Az xəbər verir ki, şəxsiyyəti məlum olmayan sürücü hadisə yerindən qaçıb. 

Vurulan piyadanı ərazi üzrə Post Patrul Xidmətinin əməkdaşları görüblər. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Xəsarət alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağır kimi qiymətləndirilir. 

Piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı 30-cu Polis Bölməsində araşdırma aparılır.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri