10 
Noy
2018
14:41
205
44
16640
Virtual karabakh

Azərbaycanlı sabiq polisi hansı cəza gözləyir? - VİDEO

10 Noy, 2018
14:41
16640

Azərbaycanlı sabiq polisi hansı cəza gözləyir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva məhkəməsi paytaxtdakı binalardan birində qadını öldürən azərbaycanlı sabiq polis əməkdaşı Rövşən Şabanov barəsində həbs qərarı çıxarıb. 

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmənin mətbuat xidməti məlumat yayıb. 
 
“Noyabrın 9-da baş tutan məhkəmənin qərarı ilə Şabanov Rövşən Süleyman oğlu 2 ay müddətinə azadlıqdan məhrum edilib”, - məhkəmədən bildirilib. 

Həmçinin qeyd edilib ki, hazırda onun başqa əməllərdə iştirakı araşdırılır. Cinayət epizodlarının sayının 7-yə çatacağı gözlənilir. 

Məlumdur ki, həmin şəxs bu ilin sentyabrında Azərbaycandan Moskvaya köçüb. O, heç yerdə işləməyib. Qətlə görə azərbaycanlını 19 ilədək həbs cəzası gözləyir. 

Xatırladaq ki, hadisə noyabrın 6-sı axşam saatlarında baş verib. 52 yaşlı qadın evinin liftinə daxil olan zaman iki nəfər onun arxasınca binaya girib. 

İlkin ehtimallara görə, hadisə qarət məqsədilə törədilib. Qadının cüzdanında cəmi 2 min rubl (30 dollar - red.) olub. Qonşular bildiriblər ki, hadisə zamanı qadının qışqırıq səsini eşidiblər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri