13 
Noy
2018
10:10
43
148
2880
Virtual karabakh

Qusarda sərxoş kişi pilləkəndən yıxılıb öldü

13 Noy, 2018
10:10
2880

Qusarda sərxoş kişi pilləkəndən yıxılıb öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar rayonunda yaşayan Rusiya vətəndaşı spirtli içkinin təsirindən yıxılıb və ölüb. 

Oxu.Az-ın məlumatına görə, Qusar şəhəri, H.Əliyev prospekti, ev 73-də yaşayan 1971-ci il təvəllüdlü Balaşov Rasim Əbulferzoviç dünən axşam saatlarında alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin pilləkənindən həyətə düşərkən qəfildən yıxılıb.

Hadisə nəticəsində baş nahiyəsi dəhlizin beton döşəməsinə dəyib və aldığı zərbədən yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, R.Ə.Balaşov Qusar rayonunda anadan olsa da, Rusiya Federasiyasının vətəndaşı kimi Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Quysun kəndində qeydiyyatda olub. 

Meyitə baxış zamanı onun üzərində heç bir zorakılıq əlamətləri qeydə alınmayıb və daxili müayinə üçün Azərbaycan Respublikası MTE və PA Birliyinin Qusar rayon şöbəsinin meyitxanasına gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri