17 
Noy
2018
15:33
32
191
8126
Virtual karabakh

Gömrükdə bir gün - REPORTAJ

17 Noy, 2018
15:33
8126

Gömrükdə bir gün - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Qərb ərazi Baş Gömrük idarəsinin Mazımçay Gömrük postuna jurnalistlərin mediaturu təşkil edilib.

Oxu.Az xəbər verir ki, jurnalistlər Gürcüstanla sərhəddə yerləşən Mazımçay Gömrük postunda gün ərzində baş verən gömrük prosedurları barədə məlumatlandırılıb.

İlk olaraq jurnalistlər Gürcüstan tərəfindən Azərbaycana keçən yük avtomobillərinin yoxlanılması prosesi ilə əvvəldən-sona qədər tanış olublar. Məlumat üçün bildirək ki, digər gömrük postlarından fərqli olaraq burada minik və yük avtomobilləri üçün idxal və ixrac xətti eyni olsa da, yaxın zamanda idxal və ixrac xətləri bir-birindən ayrılacaq.

Belə ki, yük avtomobilləri əraziyə daxil olan zaman ilk növbədə kameralar vasitəsilə onun görüntüsü və dövlət qeydiyyat nişanı elektron sistemə daxil olur və prosedur başlayır. 

Növbəti mərhələrlərdə sürücünün sənədləri, avtomobilin texniki yoxlanış prosedurları, kinoloji xidmət və “buster” cihazı ilə yoxlamalar keçirilir. Cihazın köməyi ilə avtomobilin qapılarındakı sıxlıq yoxlanılır və hər hansı yad cismin gizlədilib-gizlədilmədiyi müəyyən edilir. 

Heç bir problem aşkarlanmadıqda avtomobillərin gömrük postundan keçidinə icazə kağızı (barkod) verilir. 

Qeyd edək ki, Mazımçay postunda tezliklə istifadəsinə başlanılacaq yeni poçt məntəqələrində sürücülər avtomobilin gömrük rüsumlarını rahat şəkildə ödəyə biləcəklər.

Xatırladaq ki, jurnalistlər Mazımçay postunun Müvəqqəti Saxlanc Anbarında olublar. Nazirlər Kabinetinin 305-ci qanuna uyğun olaraq anbarda ay ərzində nəzərdə tutulan miqdardan (30 kq) artıq məhsul gətirən vətəndaşların malları sənədləşdirilmiş şəkildə saxlanılır.

Bildirilib ki, tez xarab olan məhsullar üç gün müddətinə, keyfiyyətini itirməyən mallar isə maksimum dörd ay müddətinə bu anbarlarda saxlanılır. Saxlanılan malların sahibləri dörd aydan sonra malları götürmədikləri təqdirdə onlar gömrük qaydalarına uyğun şəkildə məhv edilir. 

Daha sonra DGK-nın texnoloji innovasiyalar və statistika baş idarəsi rəisinin müavini Azər Abasov jurnalistlərə yeni hazırlanan pilot layihə haqqında məlumat verib. O bildirib ki, Mazımçay postunda gerçəkləşdiriləcək pilot layihələrdən biri isə vətəndaşlara gömrük qaydaları haqqında maarifləndirici məlumat verən bukletlərin hazırlanmasıdır:

“Qaydalar həm elektron qaydada komitənin saytında, həm də buklet şəklində hazırlanıb. Bukletlər üzərində mallar dörd təsnifat üzrə bölünüb. Birinci qrupa ölkəyə güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməsi zəruri olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və nəhayət, dördüncü qrupa isə mülki dövriyyəsi qadağan olunmuş mallar qeyd edilib. Burada məqsəd bütün mallar haqqında ətraflı məlumat verməklə sərnişinləri bilgiləndirməkdir”.

Vətəndaşlar bukletlərin yerləşdiriləcəyi xüsusi kobinələrin üzərində yerləşdirilən QR kod vasitəsilə də bukletlərin elektron versiyasını oxuya bilərlər.

Bununla da jurnalistlərin Qərb ərazi Baş Gömrük idarəsinin Mazımçay Gömrük postuna jurnalistlərin mediaturu sona çatıb.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri