23 
Noy
2018
11:00
119
23
3105
Virtual karabakh

“iClean” müştərilərini “Qışa bizimlə hazırlaş” kampaniyasına dəvət edir

23 Noy, 2018
11:00
3105

“iClean” müştərilərini “Qışa bizimlə hazırlaş” kampaniyasına dəvət edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq havalar soyuyur, qış mövsümü gəlir. Bu zaman isə ən aktual məsələ qarderobumuzdakı qış geyimlərimiz olur. Hansı paltarları geyinməli? 

Yeni geyim almaqdansa, ötən illərdən alınmış geyimləri nəzərdən keçirərkən bəzilərinin üzərindəki çətin çıxan ləkələr əhvalımızı pozur. Yəqin ki, bir çoxlarının bir dəfə də olsa, “Kaş ki, bu ləkələr olmasaydı” deyib geyinə bilmədiyi paltarlar olub.

Artıq bunu dərd etməyə dəyməz. Çünki Bakıda bir müddət əvvəl fəaliyyətə başlamış “iClean” kimyəvi təmizləmə və camaşırxana bu çətinliklərin öhdəsindən asanlıqla gəlir.


 Nəcəfqulu Rəfiyev küç. 14, (AGA Business Center ilə üzbəüz) ünvanında yerləşən “iClean” qış mövsümümün gəlməsi ilə əlaqədar müştərilərinə yeni endirimlər vəd edir. Belə ki, “iClean” noyabrın 25-dən başlayaraq dekabrın 25-dək, bir ay müddətində müştərilərə “Qışa bizimlə hazırlaş” devizi altında kampaniya başlayıb. Kampaniyanın şərtlərinə görə, eyni növ geyimdən üç ədəd gətirən müştəriyə üçüncü geyim pulsuz təmizlənəcək. 

Qiymətlər müştərilər üçün münasibdir. Kostyum 10 AZN, şalvar 4 AZN, pencək 6 AZN, palto 10 AZN, plaş 10 AZN, gödəkçə 10 AZN, poliver 5 AZN, köynək 4 AZN, kofta 5 AZN, yubka 5 AZN, don10 AZN, ziyafət donu 20 AZN,  tül pərdə 3 AZN, qalın pərdə 4 AZN, yataq dəsti 3 AZN, yorğan 10 AZN.


“iClean” müştəri məmnuniyyətinə xüsusi önəm verir. Odur ki, yüksək keyfiyyətli və təkmilləşdirilmiş ən son yuyucu məhsullardan istifadə edərək, ləkə təmizlənməsi,  müxtəlif  çirklənmələri (yağ, bioloji, kimyəvi boyalar, və s.) xarakterindən asılı olaraq təmiz və vaxtında müştəriyə təhvil vermək onun iş prinsiplərinin əsasını təşkil edir.

Keyfiyyətli maddələrin istifadəsi çamaşırların parıltısını saxlamağa və maksimum müddətə təravətli qalmasına imkan verir.

Kondisioner və deodorizasiya camaşırları yumşaq və xoş ətirli edir. Sonrakı qablaşdırma və səliqəli çatdırılma müştərilərimizə xidmətin keyfiyyətlə yerinə yetirilməsini göstərir.

“iClean” korporativ müştərilərin fəaliyyətini nəzərə alaraq təmizlənən məhsulun xüsusiyyətlərinə önəm verir. Müştərilər 24 saat içində sifarişlərini geri alacaqlar.

Xidmətin müştəriləri, əsasən, fərdi müştərilər, hotel, istirahət evləri, sanatoriyalar, pansionlar, saunalar, spa, gözəllik studiyaları, fitness mərkəzləri, tibb mərkəzləri və logistika təşkilatlardır.

“iClean” öz işlərində yüksək keyfiyyətli və təkmilləşdirilmiş ən son yuyucu məhsullardan istifadə  edir. 20 AZN və yuxarı təmizlənəcək əşyaların ünvandan alınması və çatdırılması pulsuzdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri