12 
Avq
2013
15:05
24
2
2366
Virtual karabakh

Azərbaycanda qolf – bu necə olacaq? – Foto

12 Avq, 2013
15:05
2366

Azərbaycanda qolf – bu necə olacaq? – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qubadakı qolf meydançası bütün dünya standartlarına cavab verir”.

2012-ci ilin yanvarında Anar Məmmədov tərəfindən təsis edilmiş və onun rəhbərlik etdiyi Azərbaycanın Qolf Federasiyası (AQF) fəaliyyəti barədə məlumat açıqlayıb.

Oxu.Az xəbər verir ki, AQF-in təsisçisi və rəhbəri Anar Məmmədovun bildirdiyinə görə, 2012-ci ilin oktyabrında Avropa, 2013-cü ilin yanvarında isə Beynəlxalq Qolf Federasiyasına üzv seçilmiş qurum hazırda Qubada qolf meydançasının tikintisini həyata keçirir.

Onun sözlərinə görə, 2012-ci ilin oktyabrından aparılan tikinti işlərinin yaxın bir müddətdə başa çatacağı gözlənilir.

“Qubada inşa olunan qolf meydançasında oyunçuların qeydiyyatı, hazırlanması və onlara qolf üçün zəruri ləvazimatların verilməsi üçün Qolf Club House inşa olunub. Bütün dünya standartlarına uyğun hazırlanmış qolf meydançasında süni su maneələri, uzaq məsafəyə zərbələrin təlimi üçün hazırlanmış xüsusi sahə, həmçinin qolf dəlikləri üçün sahə yaradılıb” – deyə, A.Məmmədov qeyd edib.   

Federasiya rəhbəri həmçinin vurğulayıb ki, bir müddət əvvəl Qubadakı qolf meydançasını ziyarət etmiş xarici ekspertlər isə onun keyfiyyətini çox yüksək qiymətləndirərək, dünyanın aparıcı qolf meydançları ilə bərabər səviyyədə tutublar.

Qeyd edək ki, 2013-cü ilin yanvarında Federasiya tərəfindən Bakı Mini-qolf Akademiyasının inşasına başlanılıb. Qarşıdakı ildə - 2014-cü ildə isə Azərbaycanın Qolf Federasiyası ilk dəfə ölkədə həvəskarlar arasında Qolf üzrə Azərbaycan çempionatının keçirilməsini, həmçinin elə həmin ildə Azərbaycanda Beynəlxalq Qolf tədbirinin təşkilini planlaşdırır. 

Oxu.Az oxucularını Qubada inşa olunmuş qolf meydançasının şəkillərini təqdim edir:












 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri