27 
Noy
2018
22:25
16
250
9420
Virtual karabakh

Bərdədə kütləvi davada üç qardaş və onların dostu bıçaqlandı - VİDEO

27 Noy, 2018
22:25
9420

Bərdədə kütləvi davada üç qardaş və onların dostu bıçaqlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda kütləvi dava olub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə baş verib. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan Əlikram oğlu Ramazanov və qardaşları Sərxanla Orxan, habelə onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Xəsarət alanlardan ikisi reanimasiya, digərləri isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri