30 
Noy
2018
11:02
160
17
1997
Virtual karabakh

Nadir quşları ovlayan əcnəbilər beş min manat cərimələndi

30 Noy, 2018
11:02
1997

Nadir quşları ovlayan əcnəbilər beş min manat cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonu ərazisində keçirilən reydlər zamanı icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Araşdırma nəticəsində brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. 

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlar 5980 manat məbləğində cərimə olunublar.

Masallı rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. 

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimələnib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri