Dek
2018
22:45
28
379
10117
Virtual karabakh

Azərbaycanda kişilərin beş faizi partnyoru olmayan qadına təcavüz edib

1 Dek, 2018
22:45
10117

Azərbaycanda kişilərin beş faizi partnyoru olmayan qadına təcavüz edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda rəsmi və ya qeyri-rəsmi nikahda olmadığı şəxsə qarşı cinsi zorakılıqla bağlı sorğu keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”ında qeyd edilib.

Kişi və qadın respondentlərə həyat yoldaşı olmayan şəxslərə qarşı cinsi zorakılığın törədilməsi və bu cür şəxslərin cinsi zorakılığına məruz qalması halları barədə suallar verilib. 

Kişilərin təxminən beş faizi onun arvadı və ya partnyoru olmayan qadını cinsi əlaqəyə nə vaxtsa məcbur etməsi barədə məlumat veribsə (həmin kişilərin 27,6 faizi bunun keçmiş 12 ay ərzində baş verdiyini qeyd edib), qadınların cəmi 0,9 faizi onların əri və ya partnyoru olmayan şəxslə cinsi əlaqədə olmağa məcbur edildiyini bildirib (həmin qadınların 50 faizi bunun keçmiş 12 ay ərzində baş verdiyini qeyd edib). 

Eyni zamanda, rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən zorakılıq hallarına məruz qalma və müvafiq cavab tədbirləri kişilərə və qadınlara onların dostu və ya rəfiqəsinin zorakılıq törətdiyi və ya zorakılığa məruz qaldığı hallarda nə vaxtsa şahid olmaları və ya müdaxilə etmələri barədə suallar da verilib. 

Kişi respondentlərin 30,3 faizi onların dostları arasında öz arvadlarına qarşı fiziki zorakılıq edənlərin olduğunu etiraf edib. “Siz bu cür fiziki zorakılıq barədə nə düşünürsünüz?” sualına həmin kişilərin 44,5 faizi “Bu, şəxsi məsələdir, mənim işim deyil” cavabı verməklə kifayətlənib, 26,7 faizi bildirib ki, “ərin bunu etmək üçün əsaslı səbəbi var idi”, 25,1 faizi “bundan narahat olduqlarını” qeyd edib və yalnız 3,7 faizi bildirib ki, “arvadın nəyisə başa düşməsi üçün ər bunu etməlidir”. 

Təxminən eyni sayda qadın (32,1 faiz) rəfiqələri arasında öz ərləri tərəfindən fiziki zorakılığa məruz qalanların olduğunu diqqətə çatdırıb. Kişilərdən fərqli olaraq, qadınların çoxu (62,1 faizi) bu cür əməldən narahat olduğunu bildirib, 28,9 faizi bunun şəxsi məsələ olduğunu hesab edib və 9,2 faizi bunun üçün əsaslı səbəbin olduğunu düşünür.

Heç bir qadın respondent arvadın nəyisə başa düşməsi üçün əri tərəfindən mütləq vurulması fikrinin tərəfdarı olmayıb. Öz dostları tərəfindən fiziki zorakılığın törədildiyini və ya öz rəfiqələrinin bu cür zorakılığa məruz qaldığını gördükdə nə etdikləri barədə verilən suala kişi və qadın respondentlər fərqli cavablar veriblər.

Öz həyat yoldaşına qarşı zorakılıq edən dostları olan kişilərin 34,6 faizi və bu cür zorakılığa məruz qalmış rəfiqələri olan qadınların 16,1 faizi “heç nə etmədim, bu, onların problemidir” cavabını verib.

Həm kişilərin, həm də qadınların təxminən dörddə biri (müvafiq olaraq 25,1 və 25,3 faizi) “öz dostlarından/rəfiqələrindən çəkindiyini və ya kənar durduğunu” qeyd edib. Hadisə baş verdikdən sonra dostları/rəfiqələri ilə söhbət etdiklərini kişilərdən çox qadınlar (müvafiq olaraq 22 və 32,2 faiz) bildirib və kişilərin yalnız 18,3, qadınların isə 20,7 faizi hadisə baş verdiyi zaman müdaxilə etdiyini bəyan edib. 

Kişilərdən heç kim, qadınların isə yalnız 5 faizi polislə əlaqə saxladığını (1,1 faiz) və ya qonşularını və tanışlarını çağırdığını (4,6 faiz) bildirib. 

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri