Dek
2018
11:49
139
48
7466
Virtual karabakh

Bakıda yolun təmirə bağlanması təxirə salındı - YENİLƏNİB

8 Dek, 2018
11:49
7466

Bakıda yolun təmirə bağlanması təxirə salındı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev prospektinə qalxan yol qovşağının geri dönmə hissəsinin bağlanması təxirə salındı. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-a verilən məlumata görə, bu gün üçün Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissənin bağlanmasının təxirə salındığı bildirilib. 

Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi paylaşılacaq.

10:39

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissə tam olaraq bağlanır.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Könül Cəfərli

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri