11 
Dek
2018
10:07
31
125
5732
Virtual karabakh

Bakıda özəl klinikada oğurluq kameraya düşdü -VİDEO

11 Dek, 2018
10:07
5732

Bakıda özəl klinikada oğurluq kameraya düşdü -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda özəl klinikadan oğurluq anı xəstəxananın təhlükəsizlik kamerasına düşüb

Oxu.Az “Xəzər” TV-yə istinadən məlumat verir ki, hadisə Nəsimi rayonu, Vaqif prospektindəki klinikada baş verib.

Klinikaya xəstə kimi gələn təxminən 25-30 yaşlı bir nəfər əvvəlcə ödəmə terminalına yaxınlaşıb, guya ödəniş edir. Həmin şəxs qəbul şöbəsində heç kimin olmadığını görüb ora yaxınlaşıb. O, qəbul şöbəsində işləyən Aytən Həsənovanın iki ədəd mobil telefonunu götürüb cibinə qoyub.

Daha sonra gödəkçəsini geyinib klinikanı tərk edib. 

Zərərçəkmiş Aytən Həsənova deyir ki, hadisə onun bir neçə dəqiqəlik qəbul şöbəsindən kənara çıxması zamanı olub.

A.Həsənova sözlərinə görə, ona təxminən 800 manat ziyan dəyib. Aytən Həsənova deyir ki, əgər həmin şəxs telefonları gətirib təhvil verməsə, polisə müraciət edəcək.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri