11 
Dek
2018
09:49
14
101
1739
Virtual karabakh

Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil

11 Dek, 2018
09:49
1739

Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Badamdar sürüşmə sahəsində tədqiqat işləri aparmaq üçün qrafik tətbiq olunub.

Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.

Onun sözlərinə görə, tərtib olunan qrafikə uyğun olaraq iş aparılır:

“Tədqiqat işlərinin nəticəsi olaraq sürüşmə zonası ilə bağlı layihə tərtib olunacaq və Nazirlər Kabinetinə göndəriləcək. Hələlik ərazidə vəziyyət tam stabildir”.

Təyyar Hüseynli qeyd edib ki, sürüşmə zonasındakı aparılan tədqiqat işləri 4-5 ay vaxt aparacaq: 

“Kiminsə köçürülməsi məsələsi ortaya qoyulmayıb. Sürüşmə sahəsində yuxarı hissədə yerləşən fərdi təsərrüfatların bəzilərində yaşayış var və onlara həmin evlərdə müvəqqəti olaraq yaşamamaq məsləhət görülüb”.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri