14 
Dek
2018
10:00
93
56
9879
Virtual karabakh

Azərbaycanda retro maşına fantastik qiymət təklif edildi - VİDEO

14 Dek, 2018
10:00
9879

Azərbaycanda retro maşına fantastik qiymət təklif edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa şəhərinin küçələrində şütüyən 63 illik avtomobil hər kəsin marağına səbəb olur.

Oxu.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, Rusiya istehsalı olan “Pobeda Qaz M-20” Ağstafa sakini İsbəndiyar Mehdiyevə məxsusdur.

O, nəqliyyat vasitəsinə 46 ildir qulluq edir. Avtomobilin sahibi deyir ki, maşının hər hansı detalı dəyişməyib. Sürücü ilə birlikdə beş nəfər sərnişin tutumuna malik olan avtomobil yüz kilometrə 9 litr yanacaq sərf edir. Ötürücü qutusu arxa ilə birlikdə dörd pilləlidir və saatda 140 km sürətlə gedir. Sahibi bu maşınla bir neçə dəfə xarici ölkələrə gedib-gəldiyini deyir.

Avtomobilinin sükanını özündən başqa heç kimə verməyən İsbəndiyar Mehdiyev deyir ki, bu maşına 50 min manat pul və bir neçə xarici ölkə istehsalı olan avtomobil də təklif edilib. Amma onu satmaq fikrində deyil.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri