17 
Dek
2018
08:39
12
194
4838
Virtual karabakh

Ağcabədidə ağır qəza: ölənlər var

17 Dek, 2018
08:39
4838

Ağcabədidə ağır qəza: ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri