19 
Dek
2018
11:45
25
163
5353
Virtual karabakh

Rusiyada beş azərbaycanlı 63 nəfərin ölümündə təqsirləndirilir

19 Dek, 2018
11:45
5353

Rusiyada beş azərbaycanlı 63 nəfərin ölümündə təqsirləndirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada saxta “Yemişan” içkisindən zəhərlənərək, həyatını itirən 63 nəfərin ölümündə şübhəli bilinən şəxslərin cinayət işinə Leninsk rayon məhkəməsində baxılır. 

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar təhlükəsizlik tələblərinə cavab verməyən və insanların ölümünə səbəb olan məhsulun istehsalı və satışı üçün əvvəlcədən bir qrup şəxslə əlbir olma maddəsi ilə ittiham edilir. 

İttiham edilən yeddi nəfərdən beşi Azərbaycan vətəndaşı, ikisi isə İrkutsk vilayətinin sakinidir. 

Xatırladaq ki, hadisə 2016-cı ilin dekabrında İrkutskda baş verib. Saxta “Yemişan” içkisindən ümumilikdə 76 nəfər ölüb.

Bu günə qədər İrkutsk məhkəməsində faktla bağlı dörd cinayət işinə baxılıb və təqsirləndirilən şəxslərlə bağlı həbs qərarları çıxarılıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri