19 
Dek
2018
12:20
163
27
2782
Virtual karabakh

Qəbir yerləri sıra nömrələrinə uyğun olacaq

19 Dek, 2018
12:20
2782

Qəbir yerləri sıra nömrələrinə uyğun olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında təsdiqlənən məsələ bu sahədə mövcud olan neqativ halların qarşısını alacaq. 

Oxu.Az-xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Onun sözlərinə görə, bütün qəbir yerləri dəfn prosesini həyata keçirənlərə nizamlanmış formada veriləcək: 

“Qəbiristanlıqda qəbir yerləri sıra nömrələrinə uyğun olacaq. Bu isə mövcud neqativ halların, xaosun qarşısını alacaq. Bu gün qəbiristanlıqlarda qəbir yerlərinin satılmasına, əlavə pul tələbinə dair mənfi hallar var. 

Bu qaydalardan sonra bu halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq”.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri