19 
Dek
2018
19:56
24
314
4123
Virtual karabakh

İsmayıllı sakini dəm qazından öldü

19 Dek, 2018
19:56
4123

İsmayıllı sakini dəm qazından öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllıda 38 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə ki, hadisə rayonun Günəşli qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ələsgərov Habil İnqilab oğlu axşam saatlarında hamam otağında olarkən dəm qazından boğulub. O, kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən hamam otağına dolan dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan Təcili Tibbi Yardım briqadası H. Ələsgərovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Hadisənin səbəbləri araşdırlır.

Rəşad Aydın
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri