20 
Dek
2018
16:13
117
29
3015
Virtual karabakh

Bakı-Həştərxan aviareysi bərpa edilir - YENİLƏNİB

20 Dek, 2018
16:13
3015

Bakı-Həştərxan aviareysi bərpa edilir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Həştərxan aviareysi 2019-cu ilin yazında bərpa ediləcək və uçuşları AZAL deyil, “Buta Airways” şirkəti həyata keçirəcək.

Bu barədə Oxu.Az-a “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. 

14:40

Bakı-Həştərxan aviareysinin 2019-cu ilin yazında bərpa edilməsi planlaşdırılır. 

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin vəzifələrini icra edən Denis Afanasyev jurnalistlərə açıqlamasında məlumat verib. 

O bildirib ki, dörd illik fasilədən sonra bərpa ediləcək aviareyslə uçuşlar həftədə iki dəfə baş tutacaq.

“AZAL şirkəti ilə danışıqlar aparıldı və aviareysin bərpası 2019-cu ilin yazına planlaşdırılıb. Hazırda texniki və marketinq siyasəti məsələləri müzakirə edilir. Uçuşlar həftədə iki dəfə olacaq. Uçuşun müddəti 1 saat 15 dəqiqə və ya saat yarım təşkil edəcək”, - o deyib. 

Qeyd edək ki, dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib. 

Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri