Yan
2019
09:08
146
9
3883
Virtual karabakh

Azərbaycanlını qarət edən dörd türk ələ keçdi

3 Yan, 2019
09:08
3883

Azərbaycanlını qarət edən dörd türk ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstana keçmək üçün Türkiyənin İspala sərhəd-keçid məntəqəsində növbə gözləyən azərbaycanlı TIR sürücüsü E.N. qarət edilib. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dörd nəfər TIR-ın sürücü kabinəsinə hücum edib. 

Hücum zamanı oğrular azərbaycanlıya silahla hədə-qorxu gələrək, üzərindəki pulu və mobil telefonu götürüblər. 

Hadisədən sonra E.N. polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qarətdə şübhəli bilinən dörd Türkiyə vətəndaşını yaxalayıb. 

Onların üzərinə baxış zamanı bir ədəd tapança, bir ədəd ov tüfəngi, sursatlar və 12 mobil telefon aşkarlanıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri