Yan
2019
15:38
189
236
25111
Virtual karabakh

Türkiyədə azərbaycanlı qadına 55 bıçaq zərbəsi vuruldu - YENİLƏNİB + FOTO

3 Yan, 2019
15:38
25111

Türkiyədə azərbaycanlı qadına 55 bıçaq zərbəsi vuruldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə 24 yaşlı Qənirə Cabbarovanın qətli ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

Oxu.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Qənirə 24 yaşlı sevgilisi Halil A. ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub. 

Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. 

Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

14:01

Türkiyədə azərbaycanlı qadın amansızlıqla qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, hadisə Burdurun Tefenni rayonunda baş verib.

24 yaşlı Qənirə Cabbarova Tefenni-Çavdır avtomagistralında maşının içərisində Halil A. ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və qadın bıçaqlanıb. Hadisə yerinə təcili yardım xidməti gəlsə də, qadının həyatını itirdiyi bəlli olub. H.A. tutulub. Qadının meyiti ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri