Yan
2019
11:15
13
81
4860
Virtual karabakh

Təhsil Nazirliyi ittihamlara cavab verdi

4 Yan, 2019
11:15
4860

Təhsil Nazirliyi ittihamlara cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 5-də Təhsil İnstitutunun təşkilatçılığı və müvafiq rayon (şəhər) Təhsil şöbələrinin (idarələrinin) dəstəyi ilə “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib. 

Müsabiqə çərçivəsində riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə imtahanlar baş tutub.

Təhsil eksperti Kamran Əsədovun məlumatına görə, imtahan zamanı məlum olub ki, müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır. 

Müəllimlərin aşağı nəticələr göstərməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə bəzi şəxslər şou yaratmağa çalışır:

““İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqamətində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir.

Ancaq təəssüflər olsun ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq, qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var”.

Məlumatda qeyd edilib ki, dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin iki faizini təşkil edir:

“Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır.

Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri