Yan
2019
09:45
262
20
2947
Virtual karabakh

Azərbaycanda velosiped zolaqları yaradılacaq

7 Yan, 2019
09:45
2947

Azərbaycanda velosiped zolaqları yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.

Sənədə əsasən, avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən edilməli, bununla bağlı müvafiq təkliflər hazırlanmalı və tədbirlər görülməlidir.

Kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yolların (hərəkət zolaqlarının) yaradılması və ya digər müvafiq tədbirlər görüləcək. 

Eyni zamanda, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün qısaməsafəli əlavə hərəkət zolaqları təşkil olunacaq.

Məsələnin həlli istiqaməti aidiyyəti qurumlara tapşırılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri