Yan
2019
12:11
179
18
5333
Virtual karabakh

Bakıda iki avtomobil qaçıran yeniyetmə saxlanılıb - FOTO

7 Yan, 2019
12:11
5333

Bakıda iki avtomobil qaçıran yeniyetmə saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hyundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. 

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, araşdırmalara başlanılıb, hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb.

O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bildirib. 

Araşdırma zamanı saxlanılan şəxsin dekabr ayının 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri