Yan
2019
17:33
47
173
13823
Virtual karabakh

Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu

7 Yan, 2019
17:33
13823

Pensiya təyinatı avtomatlaşdırıldı: ilk pensiyaçı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yanvarın 1-dən etibarən avtomatlaşdırılmış şəkildə pensiya təyinatı aparılır.

Oxu.Az xəbər verir ki, bu il yanvarın 1-də ad günü olan Ramazan Şabanov kompüter proqramının seçdiyi ilk təqaüdçü olub. 

R.Şabanova ad günündə zəng vuran nazirliyin işçiləri onun 64 yaşının tamam olduğunu və pensiyaya çıxdığını bildiriblər və aylıq pensiyasının 490 manat hesablandığını deyiblər. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdçüyə pensiya kartını təqdim edərək, onun elektron xidmət barədə fikirlərini dinləyib. 

Nazirin sözlərinə görə, 36 min şəxsin pensiya təminatı məhz bu sistem vasitəsilə rəsmiləşdiriləcək və nəticədə uzun-uzadı vaxt itirmələrin, çoxsaylı sənədləşmə proseslərinin qarşısı alınacaq. 

S.Babayev eyni zamanda pensiyaçıların artımları gələn aydan etibarən ala biləcəklərini vurğuladı.

“Müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır. Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.

Qeyd edək ki, pensiya hüququ qazanmaq üçün kişilərdə yaş həddi 64, qadınlarda 61-dir. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1, qadınlar üçün 77,8 yaş olduğunu nəzərə alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il təşkil edir.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri