Yan
2019
17:37
19
272
12183
Virtual karabakh

Bakı-Quba yolunda ağır qəza - FOTO/VİDEO

7 Yan, 2019
17:37
12183

Bakı-Quba yolunda ağır qəza - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba yolunda qoruyucu dəmir məhəccər qəzaya səbəb olub.

Bu barədə Oxu.Az-a hadisə nəticəsində zərərçəkən şəxs məlumat verib.

1984-cü il təvəllüdlü Topçubaşov Nəriman Fikrət oğlu dünən saat 19:20 radələrində sözügedən ərazidə özünə məxsus “Toyota Land Cruiser” markalı maşınla qəzaya uğradığını deyib:

“Bakı-Quba yolunda şəhərə gələn istiqamətdə iki zolaqlı yolda yolun sağ tərəfi ilə hərəkət edirdim. Qarşıda hərəkətdə olan yük maşınını ötmək üçün sol dönmə işığını yandırıb yolun sol tərəfinə keçmək istədim. Sol tərəfə keçən zaman qəfildən yolun solunda qoruyucu dəmir məhəccərinin qəzalı halda yolun hərəkət istiqamətinə tərəf uzandığını gördüm. Qəzadan qaçmaq üçün sükanı anidən sağ tərəfə çevirdim.

Bu zaman nəqliyyat vasitəsinin idarəetməsini itirdim və avtomobil yoldan çıxaraq aşdı. Nəticədə, maddi zərərə məruz qaldım. Hadisə vaxtı avtomobildə məndən başqa daha 3 nəfər- həyat yoldaşım və iki övladım olub.

Çox şükür, bədbəxt hadisə, xəsarət alan olmadı. Amma bildirmək istəyirəm ki, həmin məhəccərin qəzalı vəziyyətdə olması səbəbindən bir həftə bundan öncə bu ərazidə başqa bir nəqliyyat hadisəsi olub.

Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülməyib. Həmin dağılmış dəmir parçası yolun sol istiqamətində bu gün də o halda qalıb”.

Hadisə yerindən fotoları təqdim edirik:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri