Yan
2019
12:15
18
152
5463
Virtual karabakh

Hacıqabulda avtomobil dayanacağa çırpıldı - FOTO

9 Yan, 2019
12:15
5463

Hacıqabulda avtomobil dayanacağa çırpıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabul rayonunun Atbulaq qəsəbəsinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək trasdan çıxıb. 

Avtomobil avtobus dayanacağına çırpılıb, daha sonra kanala düşüb.

Qəza anında maşında sürücü ilə yanaşı, iki qadın və bir azyaşlı uşaq olub. Toqquşma nəticəsində bir qadın müxtəlif bədən xəsarətləri alıb. Zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Şahidlərin dediyinə görə, qəzadan əvvəl avtobus dayanacağında sərnişinlər olub və xoşbəxtlikdən toqquşmadan bir neçə dəqiqə əvvəl avtobusa miniblər.

Hadisə yerində Yol polisi əməkdaşları işləyir. Qəzanın səbəbi araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri