10 
Yan
2019
15:14
13
176
4416
Virtual karabakh

Oğuzda odun üstündə kütləvi dava - VİDEO

10 Yan, 2019
15:14
4416

Oğuzda odun üstündə kütləvi dava - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonunda odun üstündə kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini, 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini, 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. 

Davanın daha iki iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri