14 
Yan
2019
15:31
41
50
5378
Virtual karabakh

MTRŞ-da yeni təyinat

14 Yan, 2019
15:31
5378

MTRŞ-da yeni təyinat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni təyinat olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, MTRŞ-nın yeni aparat rəhbəri Asəf Hacıyev təyin edilib.

Bu barədə şura sədri Nuşirəvan Məhərrəmli müvafiq əmr imzalayıb.

Yeni aparat rəhbəri A.Hacıyev faktı Oxu.Az-a təsdiqləyib. O bildirib ki, bu gündən etibarən vəzifəsinin icrasına başlayıb:

“Bəli, artıq vəzifəmin başındayam. Diqqətiniz üçün təşəkkür edirəm”.

1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olan A.Hacıyev 1974-1984-cü illərdə rayonun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub. 

1988-1990-cı illərdə İmişli rayonunun “Bakı” kolxozunda fəhlə kimi çalışıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub. 

1996-cı ildə Tarix fakültəsinin “Dünya azərbaycanlıları” bölməsinə elmi işçi vəzifəsinə alınan A.Hacıyev Tarix üzrə fəlsəfə doktorudur. 1995-1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləyib. 

1998-2007-ci illərdə “Azadinform” İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə “İntellekt” Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə “Xəzər” TV-nin, 2008-ci ildə isə “Xəzər” radiosunun təsisçisi və prezidenti olub.

2010-cu ildə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi“ medalı ilə təltif edilib.

Xatırladaq ki, MTRŞ-nın daha əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov olub. Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncama əsasən, o, Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri