16 
Yan
2019
10:48
25
225
17373
Virtual karabakh

Bakı ifrat təhlükəli hidrometeoroloji hadisəyə hazırdırmı?

16 Yan, 2019
10:48
17373

Bakı ifrat təhlükəli hidrometeoroloji hadisəyə hazırdırmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib. 

Bunu Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

Onun sözlərinə görə, BŞİH-nin tabeliyində olan bütün qurumlar gücləndirilmiş iş rejimində işləyəcəklər:

“Bütün qurumların nümayəndələri ilə bir neçə dəfə müşavirə keçirilib. İşçilər xüsusi rejimdə işə keçirlər. Xüsusi qruplar yaradılır ki, şəhərdə nəzarət gücləndirilsin”.

İsrafil Kərimov qeyd edib ki, BŞİH-nin texnikaları hazır vəziyyətə gətirilib:

“Hər hansı bir problem yaranarsa, dərhal tədbirlər görüləcək. BŞİH-nin texnikasından əlavə olaraq, rayon icra hakimiyyətlərinin müvafiq idarələrinin və təşkilatlarının texnikası hazır vəziyyətə gətirilib”. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri