17 
Yan
2019
09:23
120
203
8850
Virtual karabakh

Bakıda parkomatlar sökülür - VİDEO

17 Yan, 2019
09:23
8850

Bakıda parkomatlar sökülür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq paytaxtdakı parkomatların söküntüsünə başlanılıb. Söküntü şəhər ərazisindəki müxtəlif küçə və prospektlərdə həyata keçirilib.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, parklanma nəzarətçilərinə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən möhürlü vəsiqələr verilib.

Onlar parkomatların hansı qurum tərəfindən söküldüyünü bilmədiklərini deyirlər.

Parkomatların hansı qurum tərəfindən söküldüyünü öyrənmək cəhdimiz isə baş tutmadı . Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, parkomatlar və onlarla bağlı bütün səlahiyyətlər ötən ilin aprel ayından qurumun tabeliyindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib. Bu səbəbdən də söküntü işlərindən xəbərsizdirlər. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri