17 
Yan
2019
09:28
160
17
3229
Virtual karabakh

Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu

17 Yan, 2019
09:28
3229

Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə Azərbaycan əsilli Rusiya vətəndaşına hökm oxunub. 

Oxu.Az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatına üzvlükdə ittiham edilən azərbaycanlı 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, Atakişi Akşin adlı şəxs “WhatsApp” vasitəsilə İŞİD üzvləri ilə əlaqə qurub və İnterpol vasitəsilə axtarışda olub. 

Akşin məhkəmədə günahsız olduğunu bildirib və bəraət istəyib:

“Mən müsəlmanam. İçki içmirəm, qumar oynamıram. Türkiyəyə dinimi yaşamaq və işləyərək, Rusiyadakı arvad və uşaqlarımı dolandırmaq üçün üç il əvvəl gəlmişəm. Uşaqlarımı böyüdüb, oxutmaq üçün səy göstərirəm. Rusiyada bankdan faizlə ev almışam. Ailəsi, işi və evi olan bir insanam. Rusiya əsilli olan həyat yoldaşımın ailəsi ilə ciddi problemlərim oldu. Qayınatam mənə şər atıb. Rusiya hüquq-mühafizə orqanları da bunu ciddi qəbul edib. Azərbaycan əsilli olduğum üçün önyarğılı oldular”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri