19 
İyn
2014
16:24
19
185
34730
Virtual karabakh

Erməni qoşunları Azərbaycan mövqelərini ələ keçiriblər – FOTO

19 İyn, 2014
16:24
34730

Erməni qoşunları Azərbaycan mövqelərini ələ keçiriblər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox yerlərdə erməni atəş nöqtələri Azərbaycan postlarının cinahlarında olub.

Öz açıq erməniyönümlü mövqeyi ilə seçilən REGNUM Rusiya portalı, erməni qoşunlarının Naxçıvanda neytral hündürlükləri ələ keçirdikləri barədə informasiya yayıb.

REGNUM erməni hərbi portalı Razm.info-ya istinadən yazır ki, Ermənistan və Naxçıvan sərhəddində heç bir qanlı döyüş olmayıb.

“Ermənistan silahlı qüvvələrinin bölüyü səs-küy salmadan sərt relyef xüsusiyyətlərinə görə (dəniz səviyyəsindən 2500-3300 metr hündürlükdə, gün ərzində temperatur dəyişikliyi 35-40 dərəcə olur) öncə neytral olan hündürlükləri ələ keçirib”, - məlumatda deyilir.

Nəşr həmçinin qeyd edir ki, artıq nəyi isə dəyişmək mümkün olmadığı zaman Azərbaycan hərbçiləri bu əməliyyatın həyata keçdiyini anlayıblar. Nəticədə isə erməni atəş nöqtələri Azərbaycan postlarının cinahlarında yer alıb.

Hal-hazırda Azərbaycan postlarının yalnız kommunikasiyası deyil, eləcə də Naxçıvan şəhərinin özü görünür (25-30 km düz xətt üzrə). Ümumilikdə Ermənistan əlavə olaraq 100 kvadrat kilometr əraziyə nəzarət edir. 

Oxu.Az xəbər verir ki, haqqın.az açıqlama üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib.

Nazirlikdən tezliklə bu məsələ üzrə rəsmi mövqenin açıqlanacağını bildiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri